Laçında yanğın baş verib
Operativ Media
Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib.
Operativ Media-nın xəbərinə görə, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində baş verib.
Belə ki, kolluq və quru otların yanması qısa müddətdə geniş əraziyə yayılıb.
Laçın rayon Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürmə avtomobili və şəxsi heyəti hadisə yerinə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsindən sonra yanğının yaşayış evlərinə keçməsinin qarşısı alınaraq söndürülüb.
İlkin məlumata görə, yanğın zamanı təxminən 200 kvadratmetr sahədə olan bitkilər yanaraq məhv olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net