Portuqaliya millisi gözlənilməz problemlə üzləşib
Operativ Media
Portuqaliya millisi DÇ-2026 hazırlığı zamanı gözlənilməz problemlə üzləşib.
Operativ Media xəbər verir ki, bu barədə “Maisfutebol” nəşri məlumat yayıb.
Floridada hava şəraitinin pisləşməsi səbəbindən komanda hazırlıq planında dəyişiklik etmək məcburiyyətində qalıb. Güclü fırtına açıq havada keçirilməsi nəzərdə tutulan məşqin və yarımmüdafiəçi Matheus Nunesin mətbuat konfransının ləğvinə səbəb olub.
Futbolçular meydandakı məşq əvəzinə yerli hakimiyyətin təhlükəsiz sığınacaq kimi təqdim etdiyi idman zalında qısa məşqlə kifayətləniblər.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-dakı ilk oyununu iyunun 17-də Konqoya qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net