Anar Kərimov Biləsuvarda sakinləri qəbul edib
Nərmin Qocamanlı
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov aprelin 5-də Biləsuvar rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net