05 Aprel 2023, 16:40
Anar Kərimov Biləsuvarda sakinləri qəbul edib
Anar Kərimov Biləsuvarda sakinləri qəbul edib şəkil
Anar Kərimov Biləsuvarda sakinləri qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov aprelin 5-də Biləsuvar rayonunda həmin rayonun sakinlərini qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Son xəbərlər
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İraqda güclü zəlzələ olub
Qubada qəza olub, 5 nəfər xəsarət alıb
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb
Robert Fiço: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər