Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında ilk qrup qələbəsinə sevindi
Operativ Media
Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib.
Operativ Media xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geri döünş edərək 77:68 hesablı qələbəyə sevinib.
Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.
Qeyd edək ki, Azərbaycan qrupda növbəti oyununu sabah Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net