Menyu

İstanbul hava limanı aviareys sayı ilə Avropada birinci olub

Operativ Media
İstanbul hava limanı aviareys sayı ilə Avropada birinci olub

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) 13-19 iyul tarixlərində Avropa hava məkanındakı uçuş intensivliyi, təhlükəsizlik qaydaları, hava yollarının səmərəliliyi və ekoloji təsirləri təhlil edən rəsmi sənəd - Avropa Aviasiya Hesabatını açıqlayıb.

Operativ Media Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hesabata görə, Türkiyənin İstanbul hava limanı qeyd edilən dövrdə gündəlik ortalama 1623 uçuş sayı ilə Avropanın ən sıx aviareysi həyata keçirilən hava limanı olub.

İstanbul hava limanından sonra sıralamanı Niderlandın "Amsterdam" (gündəlik 1398 uçuş), Fransanın "Paris Charles de Gaulle" (gündəlik 1395 uçuş), Böyük Britaniyanın "Heathrow" (gündəlik 1331 uçuş) və Almaniyanın "Frankfurt" (gündəlik 1320 uçuş) hava limanları izləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər