Sumqayıtda 26 yaşlı gənc dənizdə boğulub
Operativ Media
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində dənizdə batma hadisəsi olub.
Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net