Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb
Operativ Media
Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) ise Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Operativ Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir.
Vəziyyətləri orta ağır qiymətləndirilir.
2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net