Bakıda U-17 güləş üzrə dünya çempionatı başlayır
Bakıda 17 yaşa qədər güləşçilər arasında dünya çempionatı start götürür.
Operativ Media xəbər verir ki, avqustun 2-dək davam edəcək beynəlxalq turnirin ilk günündə yunan-Roma stili üzrə mübarizəyə start veriləcək.
Yarışın açılış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxacaq.
Təsnifat mərhələsində mübarizə aparacaq pəhləvanlarımız və onların rəqibləri:
55 kq: Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
65 kq: Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
80 kq: İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
110 kq: Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
Digər idmançımız – 48 kq çəki dərəcəsində yarışan Ömər Salmanov isə yarışa birbaşa 1/8 final mərhələsindən qoşularaq Hindistan təmsilçisi Avinaş Çetake ilə qarşılaşacaq.
Milli Gimnastika Arenasında təşkil olunan mötəbər yarışda 60-dan çox ölkəni təmsil edən 700-ə yaxın gənc idmançı qüvvəsini sınayacaq. Azərbaycan yığması çempionatda ümumilikdə 29 idmançı ilə təmsil olunur.