Menyu

Bakıda beynəlxalq cüdo texniki seminarı başa çatıb

Operativ Media
Bakıda beynəlxalq cüdo texniki seminarı başa çatıb

Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq texniki seminar başa çatıb.

Operativ Media xəbər verir ki, kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə keçirilən sessiyalarda iştirakçılar dünya səviyyəli mütəxəssislərin təcrübəsindən yararlanıblar. Təlimlərdə yerli cüdo mütəxəssisləri də təlimçi qismində iştirak ediblər.

Üç gün davam edən seminar iştirakçıların nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirməsinə, həmçinin beynəlxalq təcrübə mübadiləsinə töhfə verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər