Menyu

Bakıda küləyin sürəti 28 m/s-dir, dənizdə dalğanın hündürlüyü 2.8 metrdir - YENİLƏNİB

Operativ Media
Bakıda küləyin sürəti 28 m/s-dir, dənizdə dalğanın hündürlüyü 2.8 metrdir - YENİLƏNİB
1 dəq oxu

Bakıda və Abşeron yarımadasında hazırda güclü şimal-qərb küləyi əsir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 13:00-a olan məlumatında qeyd edilib.

Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.


***
10:03

İyulun 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.

Əlaqəli Xəbərlər