Menyu

Azərbaycanlı referi Konfrans Liqası oyununa təyinat aldı

Operativ Media
Azərbaycanlı referi Konfrans Liqası oyununa təyinat aldı
1 dəq oxu

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

İyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Əlaqəli Xəbərlər