Menyu

Ağstafada kvadrosikllə minik avtomobili toqquşub

Operativ Media
Ağstafada kvadrosikllə minik avtomobili toqquşub
1 dəq oxu

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində 2011-ci il təvəllüdlü N.Nağıyev həyatını itirib.

2011-ci il təvəllüdlü K.Əhmədov isə müxtəlif bədən xəsarətləri alıb. 

Onun müalicəsi xəstəxanada davam etdirilir.

İlkin məlumata görə, qəza hərəkətdə olan kvadrosikllə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Ölən və xəsarət alan şəxslər kvadrosikldə olublar.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər