Menyu

Keyfiyyətsiz və ya saxta yumurta insan sağlamlığı üçün hansı risklər yarada bilər?

Ayşən Sadıxzadə
Keyfiyyətsiz və ya saxta yumurta insan sağlamlığı üçün hansı risklər yarada bilər?

Keyfiyyətsiz və ya saxta yumurta insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Əgər yumurta düzgün saxlanılmayıbsa, qabığında çat varsa və ya istifadə müddəti keçibsə, onun tərkibində, xüsusilə də Salmonella kimi xəstəlik törədən bakteriyalar çoxala bilər. Bu isə qida zəhərlənməsinə, ürəkbulanma, qusma, ishal, yüksək hərarət və qarın ağrısı kimi əlamətlərə səbəb ola bilər. Risk xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün daha yüksəkdir.

Bu sözləri Operativ Media-ya qida eksperti Fərid Səfərob deyib. 

O bildirib ki, "saxta yumurta" ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılsa da, bazarda geniş miqyasda süni yumurtaların satılması ilə bağlı etibarlı elmi sübut yoxdur:

“Lakin bəzi hallarda köhnə yumurtaların üzərindəki tarixlərin dəyişdirilməsi, çirkli və ya çatlamış yumurtaların yenidən satışa çıxarılması kimi qanun pozuntularına rast gəlinə bilər. Belə məhsullar da sağlamlıq üçün təhlükə yaradır.

İstehlakçılar yumurta alarkən qabığın təmiz və bütöv olmasına, istehsal və son istifadə tarixlərinə, saxlanma şəraitinə diqqət yetirməli, məhsulu etibarlı satış məntəqələrindən almalıdırlar. Ev şəraitində isə yumurtalar soyuducuda saxlanılmalı və tam bişirildikdən sonra istehlak edilməlidir. Bu sadə qaydalara əməl etmək qida mənşəli infeksiyaların qarşısını almağa kömək edir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər