Menyu

“Vugar Gashimov Open 2026” beynəlxalq turnirinə yekun vuruldu

Operativ Media
“Vugar Gashimov Open 2026” beynəlxalq turnirinə yekun vuruldu

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Vugar Gashimov Open 2026” beynəlxalq turnirinə yekun vurulub.

Operativ Media xəbər verir ki, A qrupunda 7,5 xal toplayan Tunar Davudov bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi adını qazanıb. Eyni xala malik Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Aktivində 7 xalı olan Vüqar Manafov üçüncü pillədə qərarlaşıb.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rapid mübarizəsində Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birincilik qazanıb.

Turnirin bağlanış mərasimlərində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim olunub. 

Qeyd edək ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış 3-10 sentyabr tarixində keçiriləcək “Guba Open” olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər