Menyu

Bence Varkoni: Məqsədimiz Konfrans Liqasının liqa mərhələsinə yüksəlməkdir

Operativ Media
Bence Varkoni: Məqsədimiz Konfrans Liqasının liqa mərhələsinə yüksəlməkdir

​"Qarabağ"ın macarıstanlı müdafiəçisi Bence Varkoni komandanın avrokuboklardakı çıxışını dəyərləndirərək əsas diqqəti Konfrans Liqasının liqa mərhələsinə yönəldəcəklərini bildirib.

​Operativ Media xəbər verir ki, futbolçu bu barədə "AzNews" telekanalına müsahibəsində deyib.

​O, son matçlarda qapılarını toxunulmaz saxladıqlarını, lakin penaltilər seriyasında şansın rəqibin tərəfində olduğunu vurğulayıb:

​"Hazırda nələri etməli olduğumuz barədə danışmaq çətindir. Onlara qarşı iki oyun keçirdik və hər iki matçda qol buraxmadıq. Bunu da nəzərə almalıyıq. Əgər qol vura bilmirsənsə, penaltilər seriyası artıq 50-nin 50-yə şans deməkdir. Bu dəfə onlar qalib gəldilər. İndi bütün diqqətimizi Konfrans Liqasına yönəltməliyik. Əsas məqsədimiz turnirin liqa mərhələsinə vəsiqə qazanmaqdır".

​Macarıstanlı müdafiəçi Konfrans Liqasındakı növbəti rəqibləri Kiyev "Dinamo"su barədə də fikirlərini bölüşüb:

​"Bəli, növbəti rəqibimiz Kiyev "Dinamo"sudur. Yeni bildik ki, onlarla qarşılaşacağıq. Hələlik rəqibi tam təhlil etməmişik. Onların oyunlarını izləyəcəyik və sonra necə komanda olduqlarını daha yaxşı dəyərləndirəcəyik. Hazırda "Dinamo"nun nə dərəcədə güclü olduğunu dəqiq deyə bilmərəm. Ancaq bundan sonra bütün diqqətimizi həmin matça yönəldəcəyik. Rəqibə hörmətlə yanaşırıq, amma məqsədimiz mərhələni adlayan tərəf olmaqdır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər