Menyu

"Qarabağ"ın yarımmüdafiəçisi: Səviyyəmizə və ya oyun üslubumuza şübhə etməməliyik

Operativ Media
"Qarabağ"ın yarımmüdafiəçisi: Səviyyəmizə və ya oyun üslubumuza şübhə etməməliyik

"Qarabağ"ın fransalı yarımmüdafiəçisi Jali Muaddib komandanın avrokuboklardakı çıxışını dəyərləndirərək istənilən nəticə qazanılmasa da, nümayiş etdirilən oyundan və mübarizədən qürur duyduğunu bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə "AzNews" telekanalına müsahibəsində deyib.

​Jali Muaddib mübarizəni dayandırdıqlarına görə üzgün olduqlarını, lakin komandanın sona qədər əzmkarlıq göstərdiyini vurğulayıb:

​"Əlbəttə, nəticəyə görə məyusuq. Məqsədimiz mərhələ adlamaq idi. Ancaq komandamızla fəxr edə bilərik. Çünki 210 dəqiqə ərzində bir an belə dayanmadıq, qol vurmağa və hücum etməyə çalışdıq. Oyunun əvvəlindən sonuna qədər öz oyun üslubumuza sadiq qaldıq. Buna görə komandamızla qürur duya bilərik. Təbii ki, istədiyimiz nəticəni əldə edə bilmədik".

​Oynanılan futbolun səviyyəsinə şübhə etmədiklərini bildirən futbolçu əsas çatışmazlığın hücumun sonluğunda olduğunu diqqətə çatdırıb:

​"Düşünmürəm ki, səviyyəmizə və ya oyun üslubumuza şübhə etməməliyik. Məncə, hər iki görüşdə yaxşı çıxış etdik. Sadəcə, daha məhsuldar olmalıyıq. Mərhələ adlamaq üçün bizə cəmi bir qol lazım idi. Hesab edirəm ki, üzərində işləməli olduğumuz əsas məqam da məhz budur".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər