Menyu

"Sabah" - "Orhus" matçı slovakiyalı hakimlərə tapşırıldı

Operativ Media
"Sabah" - "Orhus" matçı slovakiyalı hakimlərə tapşırıldı

“Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkada “Orhus”a qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.

Operativ Media UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətdə Aleksandar Kasapoviç və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək.

VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq.

Qeyd edək ki, “Orhus” - “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da olacaq və saat 20:00-da start götürəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər