Məleykə Abbaszadə: l ixtisas qrupu üzrə 300–400 bal intervalında keçid ballarının artacağı gözlənilir
İlkin statistikaya əsasən, ixtisas qrupları üzrə keçid ballarında fərqli dəyişikliklər gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
DİM sədri bildirib ki, I qrup üzrə ötən il keçid balı 600-dən yuxarı olan ixtisaslarda keçid ballarının təxminən 1-2 bal, 500–600 bal intervalında isə 16 bala yaxın azalması gözlənilir. 400–500 bal aralığında təxminən 5 bal enmə proqnozlaşdırılır. Bununla yanaşı, 300–400 bal intervalında keçid ballarının arta biləcəyi qeyd olunub.
Onun sözlərinə görə, II qrup üzrə əksər ballar intervalında 1-3 bal azalma gözlənilir. 300–400 bal aralığında bu azalma 12 bala qədər ola bilər. Lakin 200–300 bal intervalında keçid ballarının təxminən 3-4 bal artacağı ehtimal edilir.
Məleykə Abbaszadə bildirib ki, III qrupda 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3-4 bal azalma, 500–600, 400–500 və 300–400 bal intervallarında isə 3-4 bal artım müşahidə oluna bilər. 200–300 bal intervalında isə təxminən 8 ballıq artım gözlənilir.
IV qrup üzrə isə yüksək nəticə göstərən abituriyentlərin sayının artdığını diqqətə çatdıran DİM sədri bildirib ki, 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15-17 bala qədər artım mümkündür.