ABŞ İranda bir evi vurmaq üçün təxminən bir tonluq bomba istifadə edib
Nicat Hüseynli
ABŞ hərbçiləri İranın Qeşm adasında yerləşən yaşayış binasına zərbə endirmək üçün arsenalındakı ən güclü qeyri-nüvə bombalarından birindən istifadə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, yaranan kraterin diametri və sursat qəlpələri hücum zamanı 2 000 funtluq (təxminən 907 kiloqram) MK-84 tipli ağır bombadan istifadə edildiyini göstərir.
Zərbə endirilən yaşayış binasının yaxınlığında hərbi obyektlərin mövcudluğunu təsdiqləyən heç bir sübut aşkarlanmayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma