Menyu

CONCACAF İnfantinonun FİFA prezidenti postunda qalmasının nəzərdən keçirilməsinə çağırıb

Operativ Media
CONCACAF İnfantinonun FİFA prezidenti postunda qalmasının nəzərdən keçirilməsinə çağırıb

Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) Canni İnfantinonun Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti vəzifəsində qalmasının məqsədəuyğunluğunun yenidən qiymətləndirilməsinə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə CONCACAF-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Canni İnfantino daha əvvəl futbol üzrə dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını təklif etmiş, lakin müxtəlif təşkilatların tənqidlərindən sonra bu təşəbbüsdən geri çəkilmişdi.

Son hadisələr dünya futbolunun ən dəyərli aktivi olan dünya çempionatının gələcəyi ilə bağlı qərarların kifayət qədər şəffaflıq, məsləhətləşmə və prosedur olmadan müzakirəyə çıxarıldığını göstərib.


"Təşkilat FİFA rəhbərliyinin idarəetmə fəaliyyətinin hərtərəfli araşdırılmasının vacib olduğunu hesab edir və bu narahatlığın yalnız CONCACAF tərəfindən deyil, digər konfederasiyalar, üzv assosiasiyalar və futbol ictimaiyyəti tərəfindən də bölüşüldüyünü vurğulayıb", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər