Menyu

Nizamidə çalışdıqları məkanlardan oğurluq edən şəxslər saxlanılıblar

Operativ Media
Nizamidə çalışdıqları məkanlardan oğurluq edən şəxslər saxlanılıblar

Bakının Nizami rayonunda talama cinayətləri qeydə alınıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Naməlum şəxslər rayon ərazisində yerləşən marketlərin birindən 6612 manat dəyərində elektrik naqili oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Mammedov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin bir müddət əvvəl marketin anbarında çalışdıqları və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə zavodların birinin anbarından ümumi dəyəri 4250 manat olan müxtəlif avadanlıqları talamaqda şübhəli bilinən 40 yaşlı Ə.Cavadov, 31 yaşlı O.Məmmədov və 62 yaşlı F.Musayev də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər