Menyu

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Operativ Media
 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
1 dəq oxu

Avqustun 4-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacaq.

Əlaqəli Xəbərlər