Menyu

Ceyhun Bayramov: Azərbaycan İsveçrənin ATƏT-dəki prioritetlərini dəstəkləyir

Nərmin Qocamanlı
 Ceyhun Bayramov: Azərbaycan İsveçrənin ATƏT-dəki prioritetlərini dəstəkləyir

Azərbaycan İsveçrənin ATƏT-ə sədrliyi dövründə müəyyənləşdirdiyi prioritetləri - elm diplomatiyası, innovasiya, su resurslarının idarəsi, enerji və rəqəmsal təhlükəsizlik sahələrini dəstəkləyir.

Operativ Media xəbər verir ki, bu barədə Bakıda İsveçrənin XİN rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə keçirilən birgə brifinqdə xarici işlər naziri Ceyhun Bayramov qeyd edib.

Bildirilib ki, mürəkkəb təhlükəsizlik mühitində təşkilatın effektivliyini saxlamaq üçün üzv ölkələrin konsensus əsasında fəal əməkdaşlığı vacibdir. 

Nazir Azərbaycanın bu prinsiplərə sadiq qaldığını və ATƏT-in potensialından səmərəli istifadəni vacib hesab etdiyini vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər