Menyu

Türkiyəli məşhur hakim Gürcüstan Futbol Federasiyası ilə yollarını ayırdı

Operativ Media
Türkiyəli məşhur hakim Gürcüstan Futbol Federasiyası ilə yollarını ayırdı
1 dəq oxu

Türkiyəli tanınmış hakim Cüneyt Çakır Gürcüstan Futbol Federasiyasının Hakimlər Departamentinin rəhbəri postunu tərk edib.

​Operativ Media xəbər verir ki, bu barədə Tbilisi şəhərində hakimlərin yay təlim-məşq toplanışında Gürcüstan Futbol Federasiyasının baş katibi David Mudjiri məlumat verib. Onun sözlərinə görə, 2023-cü il avqustun 1-dən sözügedən departamentə başçılıq edən türkiyəli mütəxəssisin müqavilə müddəti başa çatdığı üçün əməkdaşlıq yenilənməyib. Hakimlərin yeni rəhbəri vəzifəsinə isə daha əvvəl Çakırın müavini kimi fəaliyyət göstərən David Xaritonaşvili təyin olunub.

​Qeyd edək ki, iyulun 27-də Rusiya Futbol İttifaqı Cüneyt Çakırın birinci divizion hakimlərinin kuratoru təyin olunduğunu elan edib. O, eyni zamanda Mütəxəssis-Hakim Komissiyasının (EİK) üzvüdür.

Əlaqəli Xəbərlər