Menyu

“Qarabağ”ın “Dinamo” oyunu öncəsi mətbuat konfransı keçiriləcək

Operativ Media
“Qarabağ”ın “Dinamo” oyunu öncəsi mətbuat konfransı keçiriləcək
1 dəq oxu

"Qarabag" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Operativ Media xəbər verir ki, "atlılar"ın baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir “Azersun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, “Dinamo” - “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki “Lubin Arena”da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Əlaqəli Xəbərlər