Menyu

DİM: Gözdən əlil abituriyentlərin qəbulu üçün 15 plan yeri ayrılıb

Operativ Media
DİM: Gözdən əlil abituriyentlərin qəbulu üçün 15 plan yeri ayrılıb

2026/2027-ci tədris ili üçün Bakı Tibb Kollecində "Müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan orqanizmin funksiyalarının 81-100 və 61-80 faiz pozulmasına görə gözdən əlilliyi (1-ci və 2-ci dərəcəli gözdən əlil) müəyyən edilmiş abituriyentlər aşağıda göstərilən sənədləri 2026-cı il avqustun 5-dən 14-dək (saat 17:00-dək) DİM-ə və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər.

Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50‑dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər