Neymar: "Karyeramı bitirmək barədə düşünmürəm"
Braziliya yığmasının hücumçusu Neymarın atası 34 yaşlı futbolçunun milli komandadakı karyerasını bərpa edə biləcəyini istisna etməyib.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Neymarın atası oğlunun milli komandadakı çıxışını 100 faiz başa vurduğuna zəmanət verə bilməyəcəyini və onun yenidən yığmaya qayıtmasının mümkünlüyünü bildirib. Hücumçunun özü isə bu fikirlərə gülümsəyərək "millidə oynayan atam deyil" reaksiyasını verib.
Təcrübəli futbolçu hələ ki, karyerasını bitirmək haqda düşünmədiyini diqqətə çatdırıb:
"Santos"la dekabra qədər müqaviləm var və hazırda klubum üçün əlimdən gələni etmək istəyirəm. Bundan sonra seçimlərimi dəyərləndirəcəyəm: qalmaq, getmək, karyeramı bitirmək və ya oynamağa davam etmək... Bilmirəm. Dekabra hələ vaxt var, baxarıq".
Qeyd edək ki, iyulun 29-da DÇ-2026-dakı son matçını keçirdiyini açıqlayan Neymar Braziliya millisinin heyətində 2010-cu ildə debüt edib. O, ölkə yığmasının forması ilə çıxış etdiyi 130 qarşılaşmada 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olaraq komanda tarixinin ən məhsuldar oyunçusu ünvanına sahiblənib.