Bəxtiyar Məmmədov: Metro xətlərinin ayrılması ilə bağlı 6 ekspress avtobus fəaliyyət göstərəcək
Nicat Hüseynli
Metro xətləri arasında birbaşa hərəkətin mümkün olmayacağı dövrdə 6 ekspress avtobus marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə Operativ Media-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu marşrutlar 20 Yanvar, Elmlər Akademiyası, İnşaatçılar və Nizami stansiyalarını 28 May, Gənclik və Koroğlu stansiyaları ilə əlaqələndirəcək.
Bundan əlavə, mövcud avtobus marşrutlarına əlavə nəqliyyat vasitələri cəlb ediləcək ki, sərnişinlər metrodan istifadə etmədən Yaşıl və Qırmızı xətlər üzrə stansiyalar arasında rahat hərəkət edə bilsinlər.
Qeyd edək ki, sözügedən avtobuslar ödənişli olacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma