Menyu

Polipropilen ixracında 20 faizdən çox artım qeydə alınıb

Operativ Media
Polipropilen ixracında 20 faizdən çox artım qeydə alınıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 34,4 milyon ABŞ dolları dəyərində 28,3 min tondan çox ilkin formalarda polipropilen ixrac olunub.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 23,8 faiz, həcm olaraq isə 20,8 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk yarısında ölkədən dəyəri 1,885 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində polipropilen ixracının xüsusi çəkisi 1,83 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər