Menyu

"İmişli" 20 yaşlı azərbaycanlı müdafiəçi ilə gücləndi

Operativ Media
"İmişli" 20 yaşlı azərbaycanlı müdafiəçi ilə gücləndi
1 dəq oxu

"İmişli" PFK heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyubovu mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.

Ötən mövsümü Mingəçevirin "Asta Mingəçevir" futbol klubunda icarə əsasında keçirən Əkbər Eyubov, eyni zamanda Azərbaycanın U-21 milli komandasının üzvüdür.

Əlaqəli Xəbərlər