Menyu

Ceyhun Bayramov: Azərbaycanda hazırda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib

Nərmin Qocamanlı
Ceyhun Bayramov: Azərbaycanda hazırda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib

2025-ci ildə Azərbaycan və İsveçrə arasında qarşılıqlı ticarət dövriyyəsi artmışdır.

Operativ Media xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in sədri İqnasio Kassis ilə birgə mətbuat konfransında bildirib.

Həmçinin, Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanda hazırda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib.

Nazir vurğulayıb ki, bu konteksdə iki ölkə arasında 25 sənəd mövcuddur, bir sıra sənədlər isə hazırda işlənilir, yaxın zamanlarda əlavə razılaşmaların şahidi olacağıq:

"Son 30 ildə İsveçrədən Azərbaycana 1.6 milyard, Azərbaycandan İsveçrəyə isə 2.3 milyard dollarlıq investisiya yatırılıb".

"Bu gün həm təkbətək, həm də geniş tərkibli formatda keçirdiyimiz görüşlər zamanı Azərbaycan–İsveçrə ikitərəfli münasibətlərini, İsveçrənin ATƏT-dəki fəaliyyəti fonunda mövcud vəziyyəti, iki ölkə arasında əməkdaşlıq gündəliyini, Azərbaycan-Ermənistan normallaşma prosesini, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə etdik.

Hesab edirik ki, ölkələrimiz arasında siyasi dialoqun dinamik şəkildə davam etdirilməsi böyük əhəmiyyət kəsb edir. Biz beynəlxalq tədbirlər çərçivəsində mütəmadi olaraq görüşür, aktual məsələlər ətrafında fikir mübadiləsi aparırıq. Gələn il Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Düşünürük ki, ötən dövr ərzində ikitərəfli münasibətlər uğurla inkişaf edib.

İqtisadi əməkdaşlıq sahəsində də müsbət dinamika müşahidə olunur. Hazırda iki ölkə arasında 25 sənəd qüvvədədir, eyni zamanda yeni sənədlər üzərində iş aparılır. Yaxın zamanda bu istiqamətdə əlavə razılaşmaların əldə olunacağı gözlənilir.

Son 30 ilin göstəricilərinə nəzər saldıqda, İsveçrədən Azərbaycana əhəmiyyətli həcmdə investisiya yatırıldığı görünür", -nazir vurğulayıb.

Bundan başqa, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər