Menyu

XİN rəhbəri: ABŞ TRIPP layihəsi ilə bağlı Azərbaycanı mütəmadi olaraq məlumatlandırır

Nərmin Qocamanlı
XİN rəhbəri: ABŞ TRIPP layihəsi ilə bağlı Azərbaycanı mütəmadi olaraq məlumatlandırır

ABŞ TRIPP layihəsi ilə bağlı Azərbaycanı mütəmadi olaraq məlumatlandırır.

Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

ABŞ və Ermənistan arasında razılaşdırılan TRIPP (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”) layihəsi çərçivəsində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinin 2026-cı ildə başlaması gözlənilir.

Ceyhun Bayramov qeyd edib ki, ötən il Vaşinqton Sülh Sammiti zamanı təqdim olunan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır:

“Bu layihə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsini əhatə edir. Layihə ABŞ ilə Ermənistan arasında həyata keçirilir. Lakin onun giriş və çıxış nöqtələri Azərbaycan ərazisində yerləşdiyi üçün Amerika tərəfi mütəmadi olaraq bizi layihənin gedişi barədə məlumatlandırır”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, hazırlıq mərhələsinin başa çatmasından sonra 2026-cı ildə həmin hissədə tikinti işlərinə başlanacağı gözlənilir.

"Azərbaycanın əsas ərazisində yeni dəmir yolu və avtomobil yolu layihələrinin icrası yüksək səviyyədədir. Gözləntimiz ondan ibarətdir ki, 2027-ci ilin əvvəlində hər iki layihə Ermənistan sərhədinə qədər çatacaq.  Naxçıvan Muxtar Respublikası istiqamətində Sovet dövründən mövcud olan təxminən 180 kilometrlik dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi üçün də investisiyalar ayrılıb və işlər artıq başlanıb".

"Bir ilə yaxın müddətdə Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan 60 min tona yaxın yük daşınıb, Azərbaycandan Ermənistana satılan neft məhsullarının həcmi isə 20 min tona yaxın olub", - nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər