Menyu

Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər hazırlanacaq

Operativ Media
Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər hazırlanacaq
1 dəq oxu

Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi hazırlanacaq.

Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlərin, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Əlaqəli Xəbərlər