Türkiyəli məşhur hakim Gürcüstan Futbol Federasiyası ilə yollarını ayırdı
Türkiyəli tanınmış hakim Cüneyt Çakır Gürcüstan Futbol Federasiyasının Hakimlər Departamentinin rəhbəri postunu tərk edib.
Operativ Media xəbər verir ki, bu barədə Tbilisi şəhərində hakimlərin yay təlim-məşq toplanışında Gürcüstan Futbol Federasiyasının baş katibi David Mudjiri məlumat verib. Onun sözlərinə görə, 2023-cü il avqustun 1-dən sözügedən departamentə başçılıq edən türkiyəli mütəxəssisin müqavilə müddəti başa çatdığı üçün əməkdaşlıq yenilənməyib. Hakimlərin yeni rəhbəri vəzifəsinə isə daha əvvəl Çakırın müavini kimi fəaliyyət göstərən David Xaritonaşvili təyin olunub.
Qeyd edək ki, iyulun 27-də Rusiya Futbol İttifaqı Cüneyt Çakırın birinci divizion hakimlərinin kuratoru təyin olunduğunu elan edib. O, eyni zamanda Mütəxəssis-Hakim Komissiyasının (EİK) üzvüdür.