Menyu

Gömrük əməkdaşlarının əlavə ödənişləri ilə bağlı yeni qaydalar hazırlanacaq

Operativ Media
Gömrük əməkdaşlarının əlavə ödənişləri ilə bağlı yeni qaydalar hazırlanacaq

Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatının gücləndirilməsi istiqamətində yeni qaydalar hazırlanacaq.

Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanın Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və digər ödənişlərin məbləğləri, habelə onların təyin edilmə qaydası ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Bundan başqa, hökumət qanundan irəli gələn digər məsələlərin həlli üçün də zəruri tədbirlərin görülməsini təmin edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər