Menyu

Viza almaq üçün nələr tələb olunur?

Ayşən Sadıxzadə
Viza almaq üçün nələr tələb olunur?

Xaricə səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının ən çox müraciət etdiyi vizalar sırasında Şengen vizası xüsusi yer tutur. Lakin sənədlərin düzgün hazırlanması, maliyyə vəziyyətinin əsaslandırılması və müraciət zamanı təqdim olunan məlumatların uyğunluğu viza qərarına birbaşa təsir göstərən əsas amillərdir. Kiçik görünən uyğunsuzluqlar belə müraciətin rədd edilməsi ilə nəticələnə bilər.

Şengen vizası üçün tələb olunan sənədlər, eləcə də müraciət zamanı imtina riskini azaltmaq üçün diqqət edilməli məqamlarla bağlı turizm eksperti Rəhman Quliyev Operativ Media-ya açıqlama verib.

O bildirib ki, Şengen vizası üçün ilk növbədə etibarlı xarici pasport, doldurulmuş viza ərizə forması və biometrik fotoşəkil tələb olunur. Bundan əlavə, səyahət tarixlərini əhatə edən tibbi sığorta da təqdim edilməlidir. Pasportun etibarlılıq müddəti planlaşdırılan səfərin bitməsindən sonra ən azı 6 ay qüvvədə olmalıdır:

“Bəli, konsulluqlar müraciət edən şəxsin səfər xərclərini qarşılaya biləcəyini görmək istəyirlər. Bu məqsədlə bank hesabından çıxarış, iş yerindən arayış, əməkhaqqı barədə məlumat və digər maliyyə sənədləri tələb oluna bilər. Bu sənədlər şəxsin həm səfər müddətində özünü təmin edə biləcəyini, həm də geri qayıdacağını qiymətləndirməyə kömək edir.

turizm məqsədli müraciətlərdə otel bronu və gediş-gəliş marşrutunu təsdiq edən sənədlər adətən tələb olunur. Əgər səfər dəvət əsasında həyata keçirilirsə, həmin şəxsin və ya təşkilatın dəvət məktubu da əlavə edilməlidir. Səfərin məqsədi hansıdırsa, onu təsdiqləyən sənədlər təqdim olunmalıdır.

Şengen vizası üçün müraciətdə ən vacib məqam təqdim olunan məlumatların tam, düzgün və bir-biri ilə uyğun olmasıdır. Ərizədə göstərilən məlumatlarla bank çıxarışları, iş yerindən arayış, otel və aviabilet bronları arasında hər hansı ziddiyyət olmamalıdır.

İkinci vacib məsələ maliyyə imkanlarının kifayət qədər əsaslandırılmasıdır. Konsulluq əmin olmalıdır ki, müraciət edən şəxs səfər müddətində bütün xərclərini qarşılaya biləcək və səfər başa çatdıqdan sonra ölkəsinə geri qayıdacaq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər