Menyu

Kuba milli komandasının voleybolçusu "Turan"a transfer olunub

Operativ Media
Kuba milli komandasının voleybolçusu "Turan"a transfer olunub

​Kuba milli komandasının hücumçusu Ana Yilian Cleger 2026/2027 mövsümü üçün "Turan" Voleybol Klubunun heyətinə cəlb edilib.

​Operativ Media xəbər verir ki, beynəlxalq yarışlarda və Avropa çempionatlarında zəngin təcrübəsi olan voleybolçu yeni mövsümdə Azərbaycan Yüksək Liqasında və qitə miqyaslı turnirlərdə təmsilçimizin şərəfini qoruyacaq.

​Karyerası ərzində müxtəlif klublarda çıxış edən Cleger Azərbaycanın "Rabitə Bakı" (2014/15) və "Telekom Bakı" (2015/16) komandalarının şərəfini qoruyub. O, həmçinin Türkiyənin "Samsun Anakent" və "Zeren Spor", Rumıniyanın "CS Volei Alba Blaj", Rusiyanın "Lokomotiv Kalininqrad", Polşanın "Grot Budowlani Łódź", Çinin "Shandong Rizhao Steel" və Serbiyanın "Crvena Zvezda" klublarında oynayıb.

​Milli komandanın heyətində 2010-cu ildə Dünya Çempionatı, 2011-ci ildə "FIVB World Grand Prix" yarışlarında yer alan oyunçu, 2011-ci ildə Panamerika Oyunlarında gümüş, NORCECA Çempionatında qızıl, 2012-ci ildə isə Panamerika Kubokunda qızıl medal qazanıb.

​Voleybolçu fərdi göstəricilərinə görə 2013-cü ildə Yeltsin Kubokunun ən yaxşı servis oyunçusu, 2017/18 mövsümündə CEV Çempionlar Liqasının ən yaxşı diaqonal hücumçusu seçilib. O, 2019/20 mövsümündə Rusiya Kubokunun və Rusiya Superkubokunun ən məhsuldar oyunçusu, Rusiya Super Liqasının ən yaxşı diaqonal hücumçusu, habelə Rusiya Superkubokunun ən dəyərli oyunçusu (MVP) adlarına layiq görülüb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər