Menyu

Qırğızıstan yanacaq idxalını genişləndirmək üçün Azərbaycanla danışıqlar aparır

Şəfa Hüseynli
Qırğızıstan yanacaq idxalını genişləndirmək üçün Azərbaycanla danışıqlar aparır

Qırğızıstan Nazirlər Kabineti ölkənin yanacaq təchizatını təmin etmək üçün bir neçə ölkə ilə danışıqlar aparır.

Operativ Media-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adilbek Kasımalıyev  bildirib.

Onun sözlərinə görə, ölkə yanacağın 90%-dən çoxunu idxal edir və geosiyasi vəziyyət qiymətlərə birbaşa təsir göstərir. Bu baxımdan Qırğızıstan Rusiya, Belarus, Çin, Azərbaycan, Özbəkistan, eləcə də Avropa ölkələri və Türkiyə ilə danışıqlar aparır.

"Artıq bildiyiniz kimi, yanacaqla yüklənmiş ilk beş yük maşını Çindən gəldi. Lakin yanacağın Çindən yük maşını ilə deyil, dəmir yolu ilə çatdırılması lazımdır və hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır. Azərbaycanla da danışıqlar aparılır", - deyə nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər