Menyu

Kimpembe: Qəbələdə hər cür şərait yaradılıb

Operativ Media
Kimpembe: Qəbələdə hər cür şərait yaradılıb

Qətərin II Liqa təmsilçisi "Əl-Xaraitiyat"ın fransalı müdafiəçisi Presnel Kimpembe komandasının Qəbələdə keçdiyi təlim-məşq toplanışını yüksək qiymətləndirib.

Operativ Media xəbər verir ki, "Qəbələ" klubunun mətbuat xidmətinə danışan təcrübəli futbolçu hazırlıq prosesinin plan üzrə davam etdiyini bildirib.

"Hazırlıq yaxşı gedir. Komandada ab-hava yüksək səviyyədədir. Hazırda təlim-məşq toplanışındayıq. Məşq meydançalarının vəziyyəti çox yaxşıdır. Daha əvvəl burada olmamışdım, bu, Qəbələyə ilk səfərimdir. Bura gələnə qədər Qəbələ haqqında geniş məlumatım yox idi", – deyə Kimpembe bildirib.

30 yaşlı müdafiəçi Qəbələdə yaradılan şəraitdən razılığını da ifadə edib. Onun sözlərinə görə, bütün infrastruktur komandanın rahat hazırlıq keçməsi üçün əlverişlidir.

"Burada hər şey bir-birinə yaxındır. Oteldən məşq meydançasına cəmi bir dəqiqəyə çatırıq. Bu da bizə rahat şəkildə hazırlıq keçməyə və bütün diqqətimizi məşqlərə yönəltməyə imkan verir. Meydançaların vəziyyəti də əladır. İnanıram ki, komandamla birlikdə burada yaxşı işlər görəcəyik", – deyə fransalı futbolçu vurğulayıb.

Təcrübəli müdafiəçi zədədən sonra yenidən yaşıl meydanlara qayıdacağına inandığını da qeyd edib.

"Əgər qayıda biləcəyimə inanmasaydım, futbolu davam etdirməzdim. Özümə, komandama və məşqçilər heyətinə güvənirəm. Hər kəs mənə dəstək olmağa çalışır. Mən də bu etimadın qarşılığını meydanda ən yaxşı şəkildə verməyə çalışıram", – deyə Presnel Kimpembe əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər