Menyu

Bakının daha üç küçəsində təmir işləri aparılacaq

Operativ Media
Bakının daha üç küçəsində təmir işləri aparılacaq

Bakının daha üç küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Operativ Media-ya bildirilib ki, məhdudiyyətlər Suraxanı rayonunda 14 İyul küçəsində, Yasamal rayonunda Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsində, həmçinin Səbail rayonunda Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsində tətbiq olunacaq.

Bildirilib ki, qeyd olunan küçələrdə nəqliyyat vasitələrinin hərəkəti avqustun 6-sı saat 08:00-dan avqustun 7-si saat 22:00-dək qismən, avqustun 7-si saat 23:00-dan avqustun 10-u saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər