Menyu

"Qarabağ" - "Dinamo Kiyev" matçının biletləri satışa çıxarılır

Operativ Media
"Qarabağ" - "Dinamo Kiyev" matçının biletləri satışa çıxarılır

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo" (Kiyev) görüşünün biletləri avqustun 6-sı saat 12:00-dan etibarən satışda olacaq.

​Operativ Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edir.

​VIP sektorlar üzrə biletlər 50, 75 və 100 manata, VVIP yerlər isə 150 manata təklif olunur. VVIP sektoruna bilet əldə edən azarkeşlərə həmin zonada çay süfrəsi xidməti göstəriləcək.

​Biletləri yalnız iTicket.az platformasının rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yarandığı təqdirdə, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK-nın fan-şopuna və arenasının kassalarına müraciət edə bilərlər.

​Qeyd olunub ki, stadiona daxil olmaq üçün yalnız etibarlı QR koda malik biletlər keçərlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər