Menyu

Kartdan karta köçürmə İlə bağlı yeni limitlər sabahdan qüvvəyə minəcək

Əsəd Abbaslı
Kartdan karta köçürmə İlə bağlı yeni  limitlər sabahdan qüvvəyə minəcək

Xəbər verdiyimiz kimi, Azərbaycanda bank kartlarına nağdsız mədaxil əməliyyatları üzrə yeni məhdudiyyətlər tətbiq olunacaq.

Operativ Media xəbər verir ki, bununla bağlı artıq bir sıra banklar müştərilərinə SMS və mobil tətbiq üzərindən bildirişlər göndərməyə başlayıb.

Bildirişlərdə qeyd olunur ki, 6 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması məqsədilə kartlara nağdsız mədaxil əməliyyatları üzrə yeni limitlər qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, bir karta gün ərzində nağdsız mədaxil əməliyyatlarının sayı maksimum 5, aylıq ümumi mədaxil məbləği isə 20 000 manat olacaq.

Kartlardan həyata keçirilən köçürmələrə isə hər hansı məhdudiyyət tətbiq edilməyəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər