Menyu

21 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri yekunlaşır - FOTOLAR

Operativ Media
21 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri yekunlaşır - FOTOLAR

Yeni tədris ilinin başlamasına az qalmış ümumtəhsil müəssisələrində hazırlıq və əsaslı təmir-bərpa işləri davam edir. Bu çərçivədə əsaslı təmir edilən təhsil ocaqlarından biri də Sumqayıtda yerləşən 21 nömrəli tam orta məktəbdir.

Operativ Media-nın xəbərinə görə, tikinti briqadiri Şahlar Qocayev "Azərbaycan Müəllimi"nə bildirib ki, 2024-cü ilin aprel ayından Elm və Təhsil Nazirliyinin sifarişi ilə başlanılan əsaslı təmir işlərinin avqustun sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Bu müddətdə binanın fasadı, qapı-pəncərələri, döşəməsi və dam örtüyü yenilənib, aqlay və rəngləmə işləri görülüb. Məktəbin stadionu yenidən tikilib, çöl hissəsi işıqlandırılıb, yeni qazanxana və 2 su anbarı quraşdırılıb, su, kanalizasiya, elektrik və internet xətləri tamamilə yenilənib.

Məktəbin direktoru Qədir Mikayılovun verdiyi məlumata görə, 1971-ci ildə tikilən və 1176 şagird yerlik olan məktəbdə hazırda 1938 şagird təhsil alır və 126 müəllim çalışır. Məktəbdə 38 sinif otağı və 78 sinif komplekti var ki, bunlardan 62-si Azərbaycan, 16-sı rus bölməsinin payına düşür. Təhsil ocağında ötən il ali məktəblərə qəbul göstəricisi 82 faiz olub, 14 məzun isə 600-dən yuxarı bal toplayıb.

Yenilənən binada ilk dəfə məktəbəhazırlıq otağı, həmçinin akt zalı, elektronlaşmış kitabxana, biologiya, fizika, kimya laboratoriyaları, “Rəqəmsal bacarıqlar”, texnologiya və çağırışaqədər hazırlıq kabinetləri yaradılıb. Məktəbdə 2020-ci ildən fəaliyyət göstərən inklüziv siniflər üçün də şərait yaxşılaşdırılıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün ayrıca sanitar qovşaq istifadəyə verilib. Parta və avadanlıqların qalan hissəsinin sentyabrın 15-dək gətirilməsi planlaşdırılır.

Tədris işləri üzrə direktor müavini Sənəm Məmmədova da yenilənən sinif otaqlarının, fənn kabinetlərinin və idman zalının müasir standartlara uygun şəkildə istifadəyə veriləcəyini qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər