Menyu

Fabio Kannavaro Özbəkistan milisindəki maaşı ilə bağlı iddialara cavab verib

Operativ Media
Fabio Kannavaro Özbəkistan milisindəki maaşı ilə bağlı iddialara cavab verib
1 dəq oxu

Özbəkistan milli futbol komandasının baş məşqçisi Fabio Kannavaro illik məvacibi barədə mətbuatda yayılan məlumatları təkzib edib.

​Operativ Media xəbər verir ki, bu barədə "UzDaily" nəşri məlumat yayıb. 52 yaşlı italyan mütəxəssis Özbəkistan Futbol Assosiasiyasından ilinə təxminən 4 milyon avro qazandığına dair xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. O, bu cür yanlış məlumatların tez-tez tirajlandığını vurğulayaraq, onlara inanmamağa çağırıb.

​Qeyd edək ki, təcrübəli mütəxəssis Özbəkistan yığmasının sükanı arxasına 2025-ci ilin oktyabrında — komanda dünya çempionatına vəsiqə qazandıqdan sonra keçib. Onun rəhbərliyi altında çıxış edən Özbəkistan seçməsi DÇ-2026-nın qrup mərhələsində Kolumbiya (1:3), Portuqaliya (0:5) və DR Konqo (1:3) ilə matçlarda məğlub olaraq xal qazana bilməyib.

Əlaqəli Xəbərlər