PSJ "Monako"nun vingerini transfer etdi
Operativ Media
PSJ hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Operativ Media xəbər verir ki, Paris nəhəngi "Monako"dan Maqnes Akliuşu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
PSJ Akliuş üçün 50 milyon avro təzminat ödəyib. 24 yaşlı vingerlə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Maqnes Akliuş 2017-ci ilin yayında "Monako"nun akademiyasına qoşulub. Fransa millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net