Menyu

"Atletiko" hücumçusu Aleksander Sörlotu 40 milyon avroya satmağa hazırlaşır

Operativ Media
"Atletiko" hücumçusu Aleksander Sörlotu 40 milyon avroya satmağa hazırlaşır

İspaniyanın "Atletiko" klubu Norveç milli komandasının hücumçusu Aleksander Sörlotla yollarını ayırmağa hazırlaşır.

​Operativ Media xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

​Məlumata görə, Madrid təmsilçisi 30 yaşlı forvardın transferi üçün 40 milyon avro tələb edir. Norveçli futbolçu ilə Türkiyə klublarının maraqlandığı bildirilir. Sərfəli maliyyə təklifi alacağı təqdirdə, hücumçunun özünün də komandadan ayrılmağa müsbət yanaşdığı qeyd olunub.

​Ötən mövsüm Sörlot bütün turnirlərdə ümumilikdə 54 qarşılaşmada meydana çıxaraq 20 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Hücumçu DÇ-2026-da keçirdiyi 5 matçda isə fərqlənə bilməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər