Menyu

Cəzaçəkmə müəssisələrinə kitablar hədiyyə edilib

Operativ Media
Cəzaçəkmə müəssisələrinə kitablar hədiyyə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin maarifləndirilməsinə yönəlmiş növbəti aksiya keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun “Hər məsciddə kitabxana” layihəsi əsasında təşkil olunan aksiya penitensiar müəssisələrin kitabxana fondlarının zənginləşdirilməsinə və məhkumların mütaliə imkanlarının genişləndirilməsinə xidmət edir.

Aksiyanın əsas məqsədi azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtının təşkili, mütaliəyə marağının artırılması, onların müxtəlif mövzularda ədəbiyyata çıxış imkanlarının genişləndirilməsi və maarifləndirici resurslarla təmin olunmasına töhfə verməkdir.

Layihənin icrası zamanı 4, 9, 11, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinə, həmçinin Umbakı, Şəki və Lənkəran penitensiar müəssisələrinə xüsusi kitab rəfləri və ümumilikdə 800 ədəd kitab təqdim edilib.

Təhvil verilən nəşrlər arasında din, fəlsəfə, tarix, bədii ədəbiyyat, humanitar elm sahələrinə dair kitablarla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə xidmət edən nəşrlər də yer alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər