Menyu

Yuri Vernidub: “Məğlubiyyətimizin səbəbi yüksək yüklənmə deyil”

Operativ Media
Yuri Vernidub: “Məğlubiyyətimizin səbəbi yüksək yüklənmə deyil”

Yuri Vernidub mövsümöncəsi hazırlıq prosesi və yayılan şayiələr haqqında danışıb.

​Operativ Media xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun rəsmi TV kanalına müsahibəsində bildirib.

​Təcrübəli mütəxəssis Bakıda və Sloveniyada keçirilən toplanışların gedişatı, komandanın fiziki yükü və mətbuatda çıxan xəbərlər barədə ətraflı məlumat verib:

​“İyunun 20-də Bakıdakı təlim-məşq bazasında bir araya gəldik və 8 günlük hazırlıq mərhələsinə başladıq. Ağır və xoşagəlməz iş olsa da, bu, bütün komanda üçün möhkəm təməl yaratmaq məqsədi daşıyırdı. Futbolçular da bunu başa düşürdülər. Məşqlərdən sonra onların fiziki vəziyyətini, gördükləri işin həcmini diqqətlə izləyirdik. Məqsəd futbolçuları aşırı yükləməmək və mikrozədələrin qarşısını almaq idi. Bu mərhələni kifayət qədər yaxşı keçib, iki həftəlik toplanış üçün Sloveniyaya yollandıq”.

​Sloveniya toplanışının çox uğurlu keçdiyini qeyd edən baş məşqçi, klub rəhbərliyinə yaradılan şəraitə və güclü rəqiblərə görə minnətdarlığını bildirib. O, ilk yoxlama matçından sonra yayılan şayiələrə də münasibət bildirib:

​“ÇFR Kluj”a məğlub olduğumuz ilk matçdan sonra bəzi məlumatlar yayılmağa başladı. Yazırdılar ki, guya komanda həddindən artıq yükləndiyi üçün narazıdır, məşqçi məşqlərdə həddi aşıb və futbolçular bu cür yüklənmə ilə oynaya bilmirlər. Daxilimizdə belə söhbət ümumiyyətlə olmayıb. Həm Ukrayna, həm də Azərbaycan mətbuatında gedən bu yazılar benim üçün tamamilə anlaşılmazdır. Müasir GPS sistemimiz var və hər bir futbolçunun nə qədər çalışdığını, məsafə qət etdiyini və necə işlədiyini dəqiq görürük. Futbolçular yüksək yüklənmə altında çalışırdılar, amma bu, məhz həmin sebebdən məğlub olmağımız anlamına gəlmir”.

​Vernidub yoxlama oyunlarındakı heyət rotasiyasına və oyun yükünə də toxunub:

​“İki tam heyət formalaşdırmaq üçün kifayət qədər futbolçumuz var idi. “ÇFR Kluj”, “Partizan”, “Radniçki” və “Osiyek”lə matçlarda hər heyət yalnız bir hissə meydanda oldu. Yalnız “Osiyek”lə görüşdə bir qrup futbolçuya təxminən 70 dəqiqə şans verdik. Bir hissə oynayan futbolçulara matçdan sonra əlavə fiziki yüklənmə verirdik ki, ümumi yük tam bir matça bərabər olsun. Bakıya qayıtdıqdan sonra istirahət etdik və artıq Konfrans Liqasında Minsk “Dinamo”suna qarşı keçiriləcək matçın hazırlıqlarına başlamışıq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər