Menyu

Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub

Şəfa Hüseynli
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvan şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib. 

Bu barədə Operativ Media-ya AYNA-dan məlumat verilib.

Naxçıvan şəhərində aparılan təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi üzrə optimallaşdırma işləri aparılaraq, əlçatanlıq artırılmaqla 9 marşrut xəttinin fəaliyyət göstərməsinə qərar verilib.  

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə istismara ekoloji təmiz (elektrikli), pandus və kondisionerlə təchiz olunmuş 72 avtobus cəlb edilib. Nəqliyyat vasitələrindən 60 ədədi “BYD”, 12 ədədi isə “King Long” markalı elektrikli avtobuslardır. Avtobuslardan 63-ü əsas xəttə buraxılıb, 9-u isə ehtiyatda saxlanılıb. 

Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi 90%-dən 95%-ə yüksəlib. Avtobusların orta yaşı isə 18-dən 0-a enib. Bu avtobuslarla il ərzində təxminən 4,5 milyon sərnişinə xidmət göstəriləcəyi gözlənilir.     

Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda "CityCard" nağdsız ödəniş sistemi istifadə edilir. Sərnişinlər gediş haqqını "CityCard" kartı, istənilən bank kartı, eləcə də "Google Pay" və "Apple Pay" mobil ödəniş xidmətləri vasitəsilə ödəyə bilərlər. 

Bununla yanaşı, “"BakıKart" mobil tətbiqini "App Store" və "Google Play" platformalarından yükləməklə "CityCard" kartlarının balansını onlayn artırmaq, həmçinin QR kod vasitəsilə ödəniş etmək mümkündür.

Eyni zamanda, AYNA-nın Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənilir. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edir.

Naxçıvan şəhərində həyata keçirilən bu dəyişikliklər ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.  


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər